Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyinin Yevlax Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.

Uğurla keçən məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN