Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Ali Baş Komandanı Valeri Zalujnı iyulun 10-dan Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində işə başlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə TSN telegram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı iyulun 10-da Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində fəaliyyətə başlayacaq”, – deyə məlumatda bildirilir.

Qeyd edəkki, Zalujnı əvvəllər səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırılıb.

Zalujnının istefası ilə bağlı şayiələr uzun müddət idi gəzirdi. Səbəblərdən biri gözlənilən nəticəni gətirməyən əks-hücumla bağlı fərqli baxışlardır. Fevral ayında Zelenski Zalujnı vəzifəsindən uzaqlaşdırdı, bir neçə aydan sonra işdən çıxarılma səbəbinin komandirin səhhəti olduğu məlum oldu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN