Ukrayna lideri Vladimir Zelenski bildirib ki, Rusiya ilə münaqişə zamanı 53 məhbus mübadiləsi aparılıb, bu əməliyyatlarda 3 mindən çox adam geri qaytarılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“53 mübadilə. 3310 insanımız artıq evdə, Ukraynada qohumlarının yanındadır”, - deyə Zelenski Telegram kanalında yazıb.

O qeyd edib ki, Rusiya ilə hərbi əsirlərin mübadiləsi yollarını axtarmaqda davam edir.

Rusiya Ombudsmanı Tatyana Moskalkova 40-dan çox mübadilə haqqında məlumat verib. O, mübadilə dialoqunu çətin adlandırıb, lakin bunun davam edəcəyinə əminliyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN