Keçmiş Kuba lideri Fidel Kastronun ilk və yeganə qanuni həyat yoldaşı Mirta Diaz-Balart 95 yaşında vəfat edib.

Tezadlar.az bildirir ki, bu barədə onun nəvəsi Fidel Antonio Kastro Smirnov X sosial şəbəkəsində məlumat verib.

"Böyük sevgi ilə əhatə olunmuş, əziz nənəm Mirta Diaz-Balart Qutierres vəfat etdi. Böyük bir qadın bizi tərk etdi", – qeyd etdi.

Mirta Diaz-Balart Banes şəhərinin meri Rafael Xose Diaz-Balart və həyat yoldaşı Amerika Qutyerrezin ailəsində anadan olub. Fidel Kastro ilə Havana Universitetində oxuyarkən tanış olub.

1948-ci ildə evləniblər və 1949-cu ildə Fidelito kimi tanınan Fidel adlı oğlu olub. 1955-ci ildə Kastro Kubadan qaçdıqdan sonra Diaz-Balart ondan boşanıb.

Daha sonra o, Kubanın BMT-dəki nümayəndəsi Emil Nunes Blankonun oğlunun həyat yoldaşı olub və sonra İspaniyada məskunlaşıb. Diaz-Balartın yeni ərindən iki qızı olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN