“İsgəndər” kompleksinin ekipajı Odessa vilayətində “Patriot” zenit-raket komplekslərinin iki buraxılış qurğusunu və “Zürafə” radiolokasiya stansiyasını məhv edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“İsgəndər” əməliyyat-taktiki kompleksinin ekipajı zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus “Patriot” zenit-raket kompleksinin batareyasının Odessa vilayətinin Yujnoye kəndi ərazisindəki mövqeyinə zərbələr endirib, iki “Patriot” hava hücumundan müdafiə raket buraxılış qurğusu və “Zürafə” radar stansiyası məhv edilib, - xəbərdə deyilir.
Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində “Patriot” hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinin obyektiv monitorinqinin görüntülərini dərc edib.
E.ŞİRİNOV