235-ci Qarnizon Hərbi Məhkəməsi xüsusi ittiham qaydasında külli miqdarda rüşvət almaqda təqsirləndirilən Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətinə bağlı qapılar arxasında baxacaq.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
"Məhkəmə Kuznetsov barəsində həbs qətimkan tədbirinin media və ictimaiyyət üçün qapalı rejimdə uzadılması ilə bağlı istintaqın sorğusuna baxacaq", - məhkəmə nümayəndəsi bildirib.
Onun sözlərinə görə, jurnalistlərə qərarın giriş və qərar hissələrini oxumağa icazə veriləcək, bundan sonra həbs-qətimkan tədbirinin uzadılması müddəti məlum olacaq.
Qeyd edəkki, cinayət işinin başlanmasına səbəb ordu generalı S. M. Ştemenko adına Krasnodar Ali Hərbi Məktəbi (KAHM) ilə fərdi sahibkar Leva Martirosyan arasında müqavilə bağlayarkən Kuznetsovun rüşvət alması olub.
E.ŞİRİNOV