Ukraynanın cənubundakı Odessada partlayış baş verib.

Tezadlar.az bildirir ki, bu barədə Odessa şəhərinin meri Gennadi Truxanov öz Telegram kanalında məlumat verib.

"Şəhərdə partlayış səsi eşidilir", - deyə o yazıb.

İndi Odessa vilayətində hava hücumu sirenləri səslənir. İyulun 4-də Truxanov Odessa vilayətində liman infrastrukturuna dəyən ziyanı açıqlayıb.

İyunun sonunda mer şəhərdə çoxlu sayda tibb işçisi və sürücülərin çatışmazlığı barədə məlumat verib. Rəsminin sözlərinə görə, təkcə son doqquz ay ərzində Odessa Regional Təcili Yardım və Fəlakət Təbabəti Mərkəzini 600-dən çox işçi tərk edib və qalanlar böyük iş yükü yaşayırlar.

İyunun 22-də Rusiya qoşunları Ukraynanın enerji obyektlərinə və hərbi anbarlarına güclü hücum həyata keçirib. Hücumdan sonra ölkə daxilində saatlıq işıqlandırma cədvəlləri erkən başlayıb. Ukrayna Energetika Nazirliyi bildirir ki, o, Avropa ölkələrindən 33 559 MVt/saat idxal edir - bu, son rekorddur.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN