Yaponiya Xarici İşlər Nazirliyi Rusiya baş nazirinin müavini Yuri Trutnevin Kuril arxipelaqına daxil olan İturup adasına səfərinə etirazını bildirib. Yaponiya bu ərazini özününkü hesab edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Yaponiyanın “Sankei Shimbun” qəzeti məlumat yayıb.

“Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanın Tokiodakı səfirliyinə Trutnevin İturup adasına səfəri ilə bağlı şikayət edib. Nazirlik bildirib ki, bu səfər “Yaponiyanın mövqeyi ilə uyğun gəlmir və qəbul edilə bilməz”, - nəşr xəbər verir.

Bundan əvvəl Yuri Trutnev Saxalin vilayətinə işgüzar səfər edib. Səfər zamanı iyulun 12-də o, İturup adasında da olub. Baş nazirin müavininin yanında Şərq İnkişaf Nazirliyinin rəhbəri Aleksey Çekunkov da olub. Yaponiya uzun illərdir ki, ümumi sahəsi 5175 kvadrat kilometr olan cənubdakı İturup, Kunaşir, Şikotan və Habomai adaları üzərində Rusiyaya ərazi iddiaları irəli sürür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN