Kuzbass müstəntiqləri 15 il əvvəl azyaşlı qızı öldürən şübhəli cinayətkarı tapıblar. Qatilin şəxsiyyəti qohumunun DNT nümunəsi sayəsində müəyyən edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“2009-cu il martın 26-da Sosnovka kəndində azyaşlı ictimai nəqliyyatın dayanacağında avtobusdan düşərək Kamenuşka kəndi istiqamətində hərəkət edib, lakin həmin gün evə qayıtmayıb”, – departamentin Telegram kanalında dərc olunan bəyanatında deyilir.
Cinayətkar əvvəlcə qızı zorlayıb, sonra isə onu boğub. Azyaşlının meyiti iki gün sonra evə getdiyi yolun 90 metrliyində meşədə tapılıb.
Cani özü qətldən dərhal sonra hadisə yerindən qaçıb. Məlum olub ki, sonralar o, uzun müddət Primorsk diyarında yaşayıb.
Qatilin şəxsiyyətini müəyyənləşdirmək üçün 630-dan çox şahidi dindirmək və molekulyar genetik də daxil olmaqla 400-dən çox məhkəmə-tibbi ekspertiza keçirmək lazım gəlib.
E.ŞİRİNOV