Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri hündürmərtəbəli binadan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN