Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 19 iyul tarixində “Araz” supermarketlər şəbəkəsinin Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 filialında təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

- “Araz” superstore - Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2

- Saat: 11:00

- 19 iyul

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN