Britaniyanın silah şirkətləri BAE Systems və Babcock International Group-un rəhbərləri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, Kiyevə artan hərbi dəstəyi müzakirə ediblər.

Londonda Zelenski ilə görüşdə Thales, MBDA və KBR nümayəndələri, Böyük Britaniyanın müdafiə naziri Con Healey və xarici ticarət naziri Conatan Reynolds da olub, - “Reuters” yazır.

"Hökumət sənaye ilə tandemdə işləməyə davam edəcək və həm Ukrayna, həm də Böyük Britaniya silahlı qüvvələri üçün mühüm hərbi texnikanın istehsalını artırmaq zərurətini qeyd edib", - Healey bildirib.

Aerokosmik, müdafiə və nüvə mühəndisliyi sahəsində xidmətlər göstərən Babcock, hərbi texnikaya texniki xidmət və təmir üçün nazirliklə müqaviləsini altı ay müddətinə uzadacaq, -Britaniya Müdafiə Nazirliyi bildirib.

Böyük Britaniyanın Ukraynaya yardımı

Britaniya hakimiyyəti Rusiyaya qarşı mübarizədə Ukraynaya fəal dəstək verir. Xüsusilə, Britaniya artıq ukraynalıları “Storm Shadow” uzaqmənzilli raketlərlə təmin edib. Keçən may ayında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles belə silahların “Ukraynanın suveren ərazisində” istifadə olunacağını bildirmişdi. 2024-cü il iyunun əvvəlində prezident Vladimir Zelenski bildirib ki, Britaniya tərəfi öz silahlarının Rusiya ərazisində yerləşən hərbi hədəflərə qarşı istifadəsinə icazə verib.

Və iyunun 13-də məlum oldu ki, Ukrayna Britaniyadan yeni yardımlar alacaq. Bu pul Ukraynanın uzunmüddətli iqtisadi dirçəlişinin təməlinin qoyulmasına yönəldilə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN