Nuclearelectrica şirkəti Cernavoda atom elektrik stansiyasının 1-ci blokunun cümə günü axşam saatlarında nasazlıq səbəbindən Milli Şəbəkədən avtomatik olaraq ayrıldığını bildirdi.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ziua de Vest” məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, avtomatik söndürmə və təmir işləri nüvə təhlükəsizliyinə, şəxsi heyətin və əhalinin sağlamlığına təsir göstərməyəcək.

“Nuclearelectrica şirkəti bildirir ki, 2024-cü il iyulun 19-da axşam saatlarında Cernavoda AES-in birinci enerji bloku nüvə təhlükəsizliyinə təsir göstərməyən nasazlıq səbəbindən avtomatik olaraq Milli Enerji Sistemindən ayrılıb”, - deyə məlumatda bildirilir.

AES mütəxəssisləri nasazlığı “mövcud prosedurlara uyğun olaraq” aradan qaldırmaq üçün nasazlığın səbəbini müəyyənləşdirirlər.

Cernavoda AES Rumıniyada yeganə atom elektrik stansiyasıdır və ölkənin ən böyük elektrik enerjisi istehsalçısıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN