Aİ-də istənilən dövlətin, o cümlədən Macarıstanın sədrliyinə hörmətlə yanaşmaq lazımdır.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani çıxış edib.

“Düşünürəm ki, biz qaydalara əməl etməliyik, bu da Budapeştə getməkdən imtina etməmək və Macarıstanı təhqir edə biləcək mövqeləri tutmamaq deməkdir. Məsələ ayrı-ayrı hökumətin etdiklərinə hörmət etmək və ya ona əməl etmək deyil, Macarıstan da daxil olmaqla, Aİ-də hər hansı bir ölkənin sədrliyinə hörmət etməkdir", - italiyalı nazir Brüsseldə Aİ həmkarları ilə görüşdə qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN