Qərb F-16 qırıcıları Ukrayna müdafiəçilərinə kömək edəcək, lakin onların cəbhədə müəyyən məhdudiyyətləri olacaq.

Tezadlar.az xəbər verir ki, bunu “The Guardian” qəzetinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Ukraynaya təyyarələrin çatdırılma vaxtı barədə danışarkən, o, "Bilirəm, amma təəssüf ki, bu barədə danışa bilmərəm", - deyib.

Onun sözlərinə görə, F-16-lar Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək. Onlar Kiyevə Rusiyanın qanadlı raketlərinə daha effektiv müqavimət göstərməyə və yer hədəflərini dəqiq vurmağa imkan verəcək.

Bununla belə, o vurğulayıb ki, F-16-nın imkanları üçün məhdudiyyətlər var. Moskvanın onları məhv edəcəyi riskinə görə onlar cəbhə xəttindən “40 km və ya daha çox məsafədə” qalmalı olacaqlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN