Ukrayna Ali Radasının deputatı Artem Dmitruk hərbi əməliyyatlara son qoymaq üçün Rusiya Federasiyası ilə erkən danışıqların lehinə danışıb.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, bu barədə Ukraynanın “Teleqraf” nəşrinə müsahibəsində bildirib.

Dmitruk etiraf edib ki, onun üçün əsas olan ölkənin və ukraynalıların həyatının qorunmasıdır. Bu səbəbdən o, Rusiya ilə münaqişəyə son qoymağın tərəfdarıdır.

“Bu, artıq qələbə olacaq, çünki ordumuz ölməyi dayandıracaq və ölkəmiz əzab çəkməyə son qoyacaq. Bundan sonra biz bütün sahələrdə yenidən sağala biləcəyik”, - deyə deputat bildirib.

Parlamentari qeyd edib ki, istənilən silahlı münaqişə “istənilən formada” danışıqlarla başa çatır və ona görə də mümkün qədər tez başlasa, Ukrayna vətəndaşları üçün daha yaxşı olar. O əlavə edib ki, münaqişə tərəfləri arasında dialoq çox uzun müddət davam edə biləcək bir prosesdir.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vanq Yi ilə görüşündə Kiyevin Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bildirmişdi. Eyni zamanda, Ukrayna departamenti daha sonra bəyan etdi ki, hakimiyyət Moskvanın danışıqlara hazır olduğunu “görmür”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN