Leysan yağışlar Balakən və Zaqatalada bir sıra fəsadlar törədib.

Belə ki, sentyabrın 22-də axşam saat 23.00 radələrindən başlayaraq ölkənin şimal-qərb rayonları Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, küləklə müşahidə olunan leysan yağışları yağıb.

Verilən məlumata görə, leysan yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən axan çaylarda suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib. Çayların məcrasından çıxması səbəbindən sözügedən rayonların bir sıra kəndlərində həyətyanı sahələrə, evlərin zirzəmilərinə və əkin sahələrinə sel suları dolub. Leysan yağışları nəticəsində gecə saatlarından Balakən və Zaqatala rayonlarına elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayonların müvafiq qrumları leysan yağışların yaratdığı fəsadları araşdırmaq və aradan qaldırmaq istiqamətində işlər aparır

Qeyd edək ki, bölgədə yağışlı və qeyri-sabit hava şəraiti davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN