Türkiyə sənədləri təqdim edib və Qəzza zolağındakı vəziyyətlə bağlı Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddiasına qoşulub.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin Ədalət komitəsinin rəhbəri Cüneyt Yüksel deyib.

“Biz fələstinlilərin maraqlarını müdafiə edərək bu iddianı sona qədər davam etdirəcəyik. Türkiyə bu gündən dosye təqdim etməklə İsrailə qarşı iddiaya qoşulur”, - millət vəkili qeyd edib.

Yükselin sözlərinə görə, iddiada sənədlər, o cümlədən BMT-nin hesabatları var.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara avqustun 7-də Cənubi Afrikanın İsrailə qarşı soyqırım ittihamı ilə iddiasına qoşulmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə ərizə göndərəcək. O, həmçinin ABŞ-ı Qəzza münaqişəsi ilə bağlı İsrailə təzyiq göstərməyə çağıraraq, Vaşinqtonun “soyqırımda tərəfdaş” olmamalı olduğunu deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN