Cümə günü Lipetsk vilayətinə Ukrayna pilotsuz təyyarəsinin hücumunun qurbanı xəstəxanada ölüb. Bir nəfər reanimasiyada qalır.

Tezadlar.az bildirir ki, bu barədə regional hökumətin Telegram kanalında məlumat verilib.

"PUA-nın hücumu nəticəsində zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib. O, 1997-ci il təvəllüdlüdür. Krasnoyarsk vilayətindəndir. Ağır xəsarətlə - başından nüfuz edən qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib. Lipetsk Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahları qurbanı xilas etmək üçün mümkün olan hər şeyi ediblər. Əməliyyatdan əvvəl bir sıra müayinələr aparıldıqdan sonra xəstə əməliyyat olunub. Təəssüf ki, zədə və onun sonrakı fəsadları həyata uyğun gəlmir”, - deyə məlumatda bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN