ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində Qəzza zolağında təcili atəşkəsə çağırıb.

Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə avqustun 10-da öz saytında məlumat yayıb.

Departamentə görə, atəşkəs "girovların azad edilməsini təmin edəcək, humanitar yardımın artırılmasına və daha böyük regional sabitliyə şərait yaradacaq" və həmçinin "həm israilli, həm də livanlı ailələrin öz evlərinə qayıtmasına imkan verəcək".

Bundan əlavə, Blinken bir daha ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyini təsdiqləyib.

Bundan əvvəl Qətər, Misir və ABŞ Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, avqustun 4-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi münaqişə zonasında hərbi əməliyyatların dayandırılması üçün atəşkəs rejimini şərt adlandırıb. Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, “bu, tamamilə mümkündür”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN