İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs razılaşması və Fələstinin HƏMAS hərəkatı ilə girov mübadiləsi üçün yeni şərtlər irəli sürdüyü iddialarını yalan adlandırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinə istinadən yayıb.

Söhbət İsrail və HƏMAS arasında girovların mübadiləsini və Qəzza zolağının cənub və şimal hissələrinə bölünən Netzarim xətti boyunca silahsız mülki vətəndaşlar üçün təhlükəsiz keçidin yaradılmasını ehtiva edən 27 may müqaviləsidir.

“Netanyahunun 27 may razılaşma təklifinə yeni şərtlər əlavə etməsi ilə bağlı ittiham yalandır. Onun 27 iyul tarixli məktubu əlavə şərtlər irəli sürmür və şübhəsiz ki, mayın 27-nin təklifləri ilə də ziddiyyət təşkil etmir. Əslində, mayın 27-də təklifə 29 dəyişiklik tələb edən, Netanyahunun imtina etdiyi HƏMAS idi”, - İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin bəyanatında deyilir.

Vurğulanıb ki, Baş nazirin məktubunda yalnız razılaşmanın artıq razılaşdırılmış məqamlarına “aydınlıqlar” daxildir və bunun üçün yeni şərtlər təqdim olunmur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN