Ordu aviasiyasının Mi-35 helikopteri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasının cəmləşdiyi yerə zərbə endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Aerokosmik Qüvvələri Ordu Aviasiyasının Mi-35 helikopterinin ekipajı Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikası toplanan yerə idarə olunmayan raketlərlə hücum edib", - deyə idarənin rəsmi Telegram kanalında məlumat verilib.

Bütün hədəflərin məhv edildiyi qeyd edilir.

Bundan sonra ekipaj raket əleyhinə manevr edib, istilik tələlərini buraxıb və uçuş yerinə qayıdıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN