Xorvatiya hüquq-mühafizə orqanları Medulin limanında yaxtaları “Molotov kokteyli” ilə bombalayan və 35 gəmini yandıran 3 Ukrayna vətəndaşını axtarır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Balkan Observer” nəşri məlumat yayıb.

Hadisənin ötən ilin may ayında baş verdiyi bildirilir.

25-28 yaş arası ukraynalılar Polşadan Xorvatiyaya gəliblər. Bir dəfə limanda kişilərdən biri yaxtalardan birinə “Molotov kokteyli” atıb. Nəticədə, yanğın yaxınlıqdakı 34 gəmiyə keçib. Onların bir hissəsi - 22 bölməsi yanğın nəticəsində tamamilə məhv edilib, qalanları isə qismən sıradan çıxıb.

Dəymiş ziyanın ümumi məbləği iki milyon avroya yaxındır.

Xorvatiya təhlükəsizlik qüvvələrinin məlumatına görə, adamlar ölkəni tərk ediblər. Hücum edənlərin beynəlxalq axtarışa verilməsi ilə bağlı prosedurlar davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN