Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının “Maarifləndirmədə Qadınların rolu” mövzusuna həsr olunmuş 1-ci Beynəlxalq Konfransında iştirak edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, 2024-cü ilin 25-26 avqust tarixlərində Qahirə şəhərində keçiriləcək konfrans Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında təşkil olunur. Tədbirə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaq.

Konfransda qadınların maarifləndirmə siyasətinin formalaşmasında iştirakı, dini, eləcə də mədəni maarifləndirmədə, ailə və cəmiyyət quruculuğunda rolu, tolerantlıq və birgəyaşayış dəyərlərinin təbliğinə, sülhün təşviqinə töhfələri müzakirə olunacaq.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN