Primorsk diyarında meşədə itən kişi və qadının axtarışları bir aydır ki, davam edir. Faktla bağlı cinayət işi açılıb.
İyulun 19-da iki kişi və bir qadın Şkotovski rayonunun meşə sahəsində avadanlıq və obyekti qorumaq üçün meşə sahəsinə gəliblər. Bir neçə gün sonra - iyulun 23-də kişi və qadın meşəyə gediblər və o vaxtdan onların harada olması barədə heç nə məlum deyil.
Ərazini mühafizə etmək üçün qalan şəxs telefon əlaqəsi olmadığı üçün bir neçə gün xilasedicilər və polislə əlaqə saxlaya bilməyib. O, dostlarının yoxa çıxması barədə yalnız növbə dəyişikliyi zamanı danışa bilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş cinayət əsasında cinayət işi açılıb”, – Primorye İstintaq Komitəsinin Telegram kanalında yaydığı məlumatda deyilir.
Məhkəmə-tibb ekspertləri meşə ərazisinə və kişi və qadının yaşadığı kabinəyə baxış keçiriblər. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.
E.ŞİRİNOV