O, şənbə günü axşam Azərbaycandan şəxsi təyyarə ilə gəldiyi Paris Le Burje hava limanında saxlanılıb
Telegram-ın yaradıcısı Pavel Durovun həbs müddəti maksimum icazə verilən 96 saat olaraq qalır.
Tezadlar.az bildirir ki, TASS bu barədə Paris prokurorluğuna istinadən xəbər verir.
“96 saatlıq müddət polisin həbsinin başlandığı andan, avqustun 24-ü, şənbə günü axşam saat 8-dən başlayır. Bu, maksimum müddətdir”, - nəşrdə deyilir.
Xüsusilə vurğulanır ki, həbs qətimkan tədbirinin ləğvi ilə bağlı qərar istənilən vaxt verilə bilər.
Bir neçə saat əvvəl “Reuters” xəbər vermişdi ki, Durov kibercinayətlərlə bağlı aparılan istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq. Qərarın bazar ertəsi axşam verildiyi bildirilib.
Durov şənbə günü axşam Azərbaycandan şəxsi təyyarə ilə gəldiyi Paris Le Burje hava limanında saxlanılıb. Onun yanında bir qadın və mühafizəçi olub.
Daha sonra media Durovun həbs olunduğunu bildirdi. Sahibkarı müşayiət edən qızın yaxınları onun əlaqə saxlamadığını bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskva beynəlxalq təşkilatların Telegram təsisçisinin həbsinə necə reaksiya verəcəyini diqqətlə izləyəcək.
E.ŞİRİNOV