Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk AES-ə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib.
Qrossinin sözlərinə görə, görüş gələn həftə Kiyevdə baş tutacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O izah edib ki, görüş zamanı “Moskva və Kiyev arasında dialoqun qorunub saxlanılması” imkanlarını müzakirə etmək niyyətindədir, onun fikrincə, “kommunikasiya kanalları açıq qalmalıdır”.
Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyət və BAEA müfəttişlərinin Ukraynadakı nüvə obyektlərində olması da müzakirə olunacaq.
Qrossi çərşənbə axşamı Kursk AES-in yerləşdiyi Kursk vilayətinin Kurçatov şəhərinə gəlib. O, xəbərdarlıq edib ki, hərbi əməliyyatların yaxınlığı səbəbindən bu zavodda nüvə insidentinin baş verməsi riski qalır.
E.ŞİRİNOV