Moskvanın Basmannı Məhkəməsi tərəfindən həbs müddəti uzadılan "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı 5 təqsirləndirilən şəxs Dağıstanda saxlanılıb. Onlar terror aktını törədənləri silahla təmin etməkdə ittiham olunurlar.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Qadoyev N., İsmayılov Z. A., Soliyev M. A., Soliyev U. A., Xamidov A. (terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib) terror aktını törədənləri odlu silahla təmin etməkdə ittiham olunurlar. Onlar bu il martın 31-də Kaspiysk və Dağıstanın digər vilayətlərində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar. Onlar əvvəlcə Dağıstanda həbs qətimkan tədbiri seçilib, lakin müddətin uzadılması üçün təqsirləndirilən şəxslər Moskvaya aparılıb”, – agentliyin həmsöhbəti bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN