Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə kütləvi hücumu nəticəsində həlak olanların sayı 219-a çatıb. Onların 11-i uşaqdır.

Tezadlar.az xəbər verir ki, bu barədə regionun səhiyyə nazirinin müavini vəzifəsini icra edən Pavel Alimenko jurnalistlərə bildirib.

“Ümumilikdə, 2024-cü il avqustun 6-dan etibarən Kursk vilayətində atışma nəticəsində 219 nəfər, o cümlədən 11 uşaq yaralanıb, hazırda ikisi uşaq olmaqla 65 xəstə stasionar müalicə alır”, – deyə o, əlavə edib ki, bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Kursk vilayətinin sərhəd bölgəsindəki beş tibb təşkilatı xəstələrin müntəzəm qəbulunu dayandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN