Kiyevdə müəssisədə “mənşəyi naməlum” partlayış baş verib.

Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

“Paytaxtın Qoloseyevski rayonunda ATP (avtomobil nəqliyyatı müəssisəsi) ərazisində mənşəyi məlum olmayan partlayış baş verib. İkimərtəbəli bina qismən dağılıb. Yanğın yoxdur. Təcili yardım xidmətləri artıq yerində işləyir”, - Kliçko yazıb.

Şəhər merinin sözlərinə görə, dağıntılar altında insanlar ola bilər.

Sentyabrın 8-i bazar günü səhər TASS yerli KİV-ə istinadən Kiyevətrafı qəsəbələrdə partlayışların baş verməsi barədə məlumat yayıb və aydınlaşdırıb ki, şəhər və regionda hava hücumu xəbərdarlığı elan edilməyib.

Şənbə günü, sentyabrın 7-nə keçən gecə Kiyevdə də hava hücumu zamanı silsilə partlayışlar baş verib. Partlayışlar Çerniqov, Vinnitsa və Nikolayev vilayətlərində də baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN