Kursk vilayətinin sərhəd bölgəsində Ukraynaya məxsus "Kozak" zirehli maşını FPV pilotsuz təyyarəsinin zərbəsi ilə məhv edilib.

Tezadlar.az xəbər verir ki, hücumun videosunu Rusiya Müdafiə Nazirliyi yayıb.

5 saniyəlik videoda məhdud görünmə şəraitində alçaq hündürlükdə dronun kənd yolu ilə hərəkət edən zirehli maşını necə təqib etdiyi və kəskin enərək kabinənin arxa hissəsinə necə zərbə endirdiyi görünür.

“Zirehli maşının hərəkəti “Şimal” qoşunlar qrupunun kəşfiyyat bölməsinin hərbçiləri tərəfindən aşkar edilib”, - Müdafiə Nazirliyinin Telegram kanalında yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, “Kozak” zirehli maşını 2016-cı ildən Kiyevdəki “Praktika” AES-də istehsal olunur. O, Amerika Ford F-550 SUV-nin Ford TorqShift avtomatik transmissiyası və gücləndirilmiş ön oxu ilə şassisi üzərində qurulub.

Ön şüşə güllə keçirməzdir. Qoşun bölməsinin damında lyuk var.

8 nəfərə qədər ekipaj və əsgər daşıya bilər.

Quraşdırılmış yeganə silah 2 kilometrə qədər dəqiqliyi elan edilmiş 12,7 mm NSV pulemyotudur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN