Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) bildirib ki, ABŞ Dövlət Departamenti Gürcüstan seçkilərinə müdaxilə üçün yeni vasitədən - ATƏT-in Bürosu ilə əməkdaşlıqdan istifadə etməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

XKX ABŞ rəhbərliyini Gürcüstanda kütləvi etirazlar törətmək planlarında ittiham edib. Kəşfiyyat rəsmilərinin sözlərinə görə, Birləşmiş Ştatlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə “seçkilərə müdaxilə etmək üçün əməkdaşlıq” barədə razılığa gəlib.

Xarici Kəşfiyyat Xidmətindən deyilib ki, ATƏT Bürosu səsverməyə 10-20 gün qalmış Gürcüstanda azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə hesabat dərc edəcək.

"Vaşinqtonun planı göz qabağındadır və artıq təəccüblü deyil - qərbyönlü gürcü müxalifətinə ölkədə hakimiyyəti zorla ələ keçirmək niyyəti ilə kütləvi etirazlara başlamaq üçün səbəb vermək", - kəşfiyyat nümayəndələri vurğulayıblar.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Onlarda əsas qüvvələr hakim “Gürcü arzusu” partiyası və Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası olacaq.

Ölkənin baş naziri İrakli Kobaxidze artıq söz verib ki, “Gürcü arzusu” parlamentdə səs çoxluğu əldə edəcəyi təqdirdə Saakaşvilinin partiyasını konstitusiyaya zidd elan edəcək. Kobaxidze həmçinin bildirib ki, müxalifət qalib gəlsə, Gürcüstan “ikinci cəbhə”yə çevriləcək. Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, Gürcüstandakı seçkiqabağı vəziyyətdən “son dərəcə narazı olan” ABŞ rəngli inqilab təşkil etməyə cəhd edə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN