Rəsmi Kiyev Hindistanı gələcək beynəlxalq sülh konfransı zamanı Rusiya ilə danışıqlarda moderator kimi görmək istəyir.
Tezadlar.az xəbər verir ki, “Bloomberg” bu barədə Ukraynanın Nyu-Dehlidəki səfiri Aleksandr Polişçuka istinadən məlumat yayıb.
Polişçukun sözlərinə görə, Hindistan “Ukrayna və Rusiya arasında mesaj daşıyan poçtalyon” rolu ilə kifayətlənməməli, Moskva ilə Kiyev arasında münaqişənin sülh yolu ilə həllində daha “aktiv rol” oynamalıdır.
Eyni zamanda, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar daha əvvəl bəyan etmişdi ki, Yeni Dehli bu rolda maraqlı deyil.
"Bizim üçün bu proses və ya iş görərkən görünmək məsələsi deyil. Bizim üçün vacib olan bu gün baş verən münaqişənin reallığıdır”, - deyə o, izah edib.
Sentyabrın 10-da Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Moskva və Kiyevin iştirakı ilə aparılmalıdır. Onun sözlərinə görə, danışıqlar prosesində bütün tərəflərin mövqe tutması və sonra Rusiyaya bunun “kollektiv mövqe” olduğunu söyləməsi ola bilməz.
E.ŞİRİNOV