Kreml qeyd edib ki, Krım mövzusu həqiqətən də Rusiya Federasiyası ilə Türkiyə arasında fikir ayrılığı sahəsinə aiddir. Amma Rusiya öz mövqeyini Ankaraya çatdırmaqdan əl çəkmir.

Tezadlar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ümumiyyətlə, bu mövzu bizim türk dostlarımız arasında mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir”, - deyə Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, Moskva ümid edir ki, zaman keçdikcə Ankara Rusiyanın mövqeyini daha yaxşı başa düşəcək və onun arqumentləri ilə razılaşacaq. “Eyni zamanda, türk dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etməyə davam etmək üçün düşünülmüş cəhdlərimizdən əl çəkmirik”, - deyə o bildirib.

Kreml nümayəndəsi Rusiya və Türkiyənin tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə davam etdiyini də vurğulayıb və bu baxımdan, hədə-qorxudan çəkinməyən ABŞ-ın Türkiyə Cümhuriyyətinə açıq təzyiqini qeyd edib. “Ancaq Türkiyə Respublikası, bizə göründüyü kimi, yalnız öz maraqlarını, o cümlədən bizimlə ticarət, iqtisadi və digər əməkdaşlığı inkişaf etdirməkdə davam edir”, - Peskov bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN