Sentyabrın 13-də Qusar rayonunda yerləşən hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz: birliyimiz, həmrəyliyimiz, gücümüz” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Ağasıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Fəryaddin Rəhimxanov, Anar Eyyubov və hərbçilər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edib.

Tədbir müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN