Rusiya Federasiyası ilə sülh razılaşmaları naminə ərazilərin mübadiləsi zəruri olarsa, Ukraynada çevriliş baş verə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” yazır.

Nəşrin qiymətləndirməsinə görə, bir çox ukraynalı, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin əsgərləri arasında ərazi güzəştləri müqabilində sülh sazişi ilə razılaşmağa hazır deyil. "Dövlət çevrilişi olacaq, çünki bu ideyanı dinc şəhərlərdə oturanlar irəli sürəcək. Burda heç kim dəstəkləməyəcək. Bu torpağa bizim qanımız səpilib", - hərbi həkim Veronika nəşrə bildirib.

Bundan əvvəl “The Wall Street Journal” ukraynalıların münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparmaq ideyasını getdikcə daha çox dəstəklədiklərini yazmışdı. Qeyd edilib ki, Ukrayna ordusu hələ də “Rusiya ilə hər hansı sövdələşməyə şübhə ilə yanaşır”.

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib ki, Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib, lakin “efemer tələblər” əsasında deyil, İstanbulda razılaşdırılmış parametrlər əsasında olmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN