Yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 21214” markalı, 10-XM-064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Daha sonra sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü şəxsi sosial şəbəkə hesabında paylaşıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Quliyev Yasin Rasim oğlu Nizami DYP-nin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib.

Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Y.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün səkkiz sutka inzibati qaydada həbs edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

Sankt-Peterburqun SKA xokkey klubunun baş məşqçisi
Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatı
Azərbaycan Texniki Universitetinin İdman Sarayında
İlin ən yaxşı futbolçusu “Real Madrid”in braziliya
Azərbaycan Respublikasının gənclər və idman naziri
Username *
Password *
Remember Me