Dnepropetrovsk vilayətinin Krivoy Roq və Poltava vilayətinin Mirqorod şəhərlərində hava hücumu zamanı partlayışlar baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Dnepropetrovsk vilayətində Bakı vaxtı ilə saat 02:59-dan hava hücumu xəbərdarlığı səslənib.
Bundan əvvəl rayon mərkəzində güclü partlayış baş verib. Siren səsləri ölkənin Odessa, Nikolayev, Kirovoqrad, Poltava, Xarkov və Sumi vilayətlərində də eşidilib.
Sentyabrın 20-də Sumı rayonunda kritik infrastrukturun zədələndiyi məlum olub. Partlayışların Xmelevka kəndindəki obyektlərə ziyan vurduğu dəqiqləşdirilib. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Sumı vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
E.ŞİRİNOV