24-25 sentyabr 2024-cü il tarixlərində “Anım günü” ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq DİN-in Polis Akademiyasının I kursunun bir qrup kursantı İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Tezadlar.az xəbər verir ki, Akademiyanın kursantları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.
Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şüacətindən danışılıb, xatirələrinin xalqımız tərəfindən daim əziz tutulduğu, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
R.XUDATQIZI