Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus iki pilotsuz uçan aparat Belqorod vilayəti üzərində məhv edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.
Hər iki təyyarə bazar ertəsi, sentyabrın 30-na keçən gecə növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən müəyyən edilib.
Söhbət təyyarə tipli dronlardan gedir, - Müdafiə Nazirliyi vurğulayır. Bu dronlar bir neçə on kiloqrama qədər partlayıcı daşımaq və yüzlərlə kilometr yol qət etmək gücündədir.
Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə pilotsuz təyyarə ilə zərbə endirməyə cəhd edib. Yerli hakimiyyət orqanları bölgə səmasında 18 təyyarənin məhv edildiyini bildirib. Onların əksəriyyəti, yəni 13-ü Millerovski rayonunda vurulub.
E.ŞİRİNOV