Polis əməkdaşları Moskva metrosunda sərnişini bıçaqlayan şəxsi saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.
Hadisə Turgenevskaya və Kitay-Qorod stansiyaları arasında Kaluzjsko-Rijskaya xəttində vaqonda baş verib.
Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsinin yayımladığı kadrlarda təcavüzkarın bıçağı çıxarıb rəqibinin boynuna necə yara vurduğu əks olunub. Qatar stansiyaya çatanda hücum edən şəxs vaqondan düşərək gözdən itib.
"Bir neçə saatdan sonra əməliyyatçılar şübhəlinin yerini müəyyən edib və onu yaşadığı yerdə saxlayıblar", - Volk bildirib.
Şübhəli şəxs barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə şübhəli şəxsi həbs edib.
E.ŞİRİNOV