Noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.

Tezadlar.az xəbər verir ki, bunu bazar günü axşam Florida Dövlət Universitetinin yaydığı məlumat sübut edir.

Məlumata görə, 42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.

ABŞ-da qeydə alınmış seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçiriləcək. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar. Tramp Amerikanın 45-ci prezidenti (2017-2021) olub. O, 2020-ci il seçkilərində Demokrat Joe Biden-ə uduzub və indi Ağ Evə qayıtmağa çalışır. Harris isə 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsində çalışır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN