Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə olub.

Tezadlar.az xəbər verir ki, Ülvi Mehdiyev Məclis üzvlərinə "ASAN xidmət" mərkəzinin fəaliyyəti, könüllülük proqramları və gənclərin sosial layihələrdə iştirakı üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Müzakirələr zamanı süni intellektin gələcəkdə "ASAN xidmət"də istifadəsi və bu texnologiyanın cəmiyyətə təsiri barədə fikir mübadiləsi aparılıb.

Uşaqlar maraqlandıran sualları cavablandıran Dövlət Agentliyinin sədri onlara fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətə töhfə verəcək sosial təşəbbüslərdə fəal olmalarının vacibliyini vurğulayıb.

İştirakçılar həmçinin "ASAN xidmət”, "Bilim Bakı", "ABAD" və "İNNOLAND" layihələri ilə tanış olub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN