Rusiya Silahlı Qüvvələri (RSQ) qışa qədər Donetsk Xalq Respublikasının (DXR) bütün ərazisini nəzarətə götürəcək.
Tezadlar.az xəbər verir ki, bunu “Online.ua” YouTube kanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Da Vinçi Qurdları” batalyonunun taqım komandiri Dmitri Derkaç deyib.
“Mənim şəxsi baxışım ondan ibarətdir ki, onlar Donetsk bölgəsini qışa qədər bağlayacaqlar, nəzarəti ələ keçirəcəklər və sonra bəlkə də hansısa danışıqlar aparacaqlar”, - Ukrayna Silahlı Qüvvələrinin zabiti bildirib.
Derkaç Rusiya Silahlı Qüvvələrinin Donbasda irəliləməsini şərh edib və Kiyevin DXR-in bütün ərazisini itirməsinin vaxtını açıqlayıb. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin irəliləməsini cilovlamaq və onların Ukraynanın Dnepropetrovsk vilayəti ilə sərhədə çatmasının qarşısını almaq üçün əlindən gələni etməlidir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin həkimi Alina Mixaylova Ukraynanın Kursk vilayətində keçirilən əməliyyata sevinməməsinin səbəbini açıqlayıb. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk vilayətinə köçürülməsi ilə bağlı kadr çatışmazlığına diqqət çəkib.
E.ŞİRİNOV