Yüzlərlə fələstinli İsrail ordusunun yeni köçkün əmrləri verdikdən sonra Qəzzanın şərqindəki Şucayya bölgəsini tərk edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, İsrail hakimiyyətinin yeni təxliyə əmrləri verərək, ətraf ərazilərə zərbə endirməklə hədələməsindən sonra yüzlərlə vətəndaş Şucayyadan cənuba və Qəzza şəhərinin mərkəzinə qaçmağa məcbur olub.
WAFA-nın bildirdiyinə görə, İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərinə hücumları zamanı minlərlə mülki avtomobil məhv edildiyi üçün Qəzzada nəqliyyat çatışmazlığı səbəbindən onlarla ailə piyada qaçıb.
Şucayyadan təxliyə əmri İsrailin Qəzzanın şimalını, o cümlədən Cəbəliyyə, Beyt Hanun və Beyt Lahiya şəhərlərini mühasirəsi səkkizinci həftəsini davam etdirdiyi bir vaxtda verilir.
E.ŞİRİNOV