ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinlə hərbi əlaqələri kəsərsə, Rusiya prezidenti Vladimir Putinin şərtləri ilə bağlı Ukrayna ilə danışıqlar aparacaq.
“The Guardian” yazır ki, Tramp Ukrayna münaqişəsinin həlli kontekstində Britaniya və Avropa ilə də danışıqlar aparmalı ola bilər.
“Rusiya hər zaman Ukraynanın silahsızlaşdırılmasını tələb edib. Trampın ətrafında bununla razılaşa biləcək insanlar var. Xüsusən də Rusiya Çinlə hərbi əlaqələri kəsərsə”, - materialda deyilir.
Həmçinin qeyd olunur ki, ABŞ-ın seçilmiş prezidenti Ukrayna münaqişəsinin həlli üçün Böyük Britaniya və Avropa ilə danışıqlar apara bilər. Bu onunla bağlıdır ki, ölkələr ona “maraqlı bir şey” təklif edə bilər: İrana artan təzyiq, ABŞ-a ticarət stimulları və Çinlə iqtisadi toqquşmalarda yardım.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq potensialı var. Medvedev həmçinin vurğulayıb ki, “bütün açarlar Vaşinqtondadır”.
E.ŞİRİNOV