Rusiya hava hücumundan müdafiə sistemi (HHM) Bryansk vilayəti üzərində təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) vurub. Dağıntı və xəsarət alan olmayıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz Telegram kanalında məlumat verib.
“Kiyev rejiminin Bryansk vilayətinin ərazisində PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən təyyarə tipli pilotsuz uçuş aparatı aşkar edilərək məhv edilib. Tələfat və dağıntı olmayıb. Əməliyyat və təcili xidmətlər yerindədir", - deyə, o yazıb.
E.ŞİRİNOV