Almaniyanın keçmiş kansleri Angela Merkel Qərb ölkələrini Rusiyanın nüvə potensialını tanımağa çağırıb və bunu “qorxulu” kimi qiymətləndirib.
Tezadlar.az xəbər verir ki, bu barədə siyasətçi BBC-yə müsahibəsində bildirib.
“Qorxuya təslim olmamalıyıq, lakin Rusiyanın ən böyük və ya ABŞ ilə birlikdə dünyanın iki ən böyük nüvə gücündən biri olduğunu da qəbul etməliyik”, — eks-kansler vurğulayıb ki, Avropa ölkələri nüvə silahından istifadənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir.
Bundan əvvəl Merkel Ukraynadakı münaqişənin hərbi yolla həll olunacağına şübhə etdiyini bildirib. Eyni zamanda, o əlavə edib ki, Ukraynaya yardımın göstərilməsi məsələsində hazırkı Almaniya hökumətini və Avropa İttifaqını dəstəkləyir.
Noyabrın 23-də Almaniyanın keçmiş kansleri bildirib ki, Ukrayna münaqişənin həlli üçün Rusiya ilə danışıqlara başlamaq barədə müstəqil qərar verə bilməz.
E.ŞİRİNOV