Gürcüstan prezidenti Salome Zurabişvili yeni dövlət başçısının andiçmə mərasimi günü Prezident sarayını tərk etməli olacaq.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Bundan əvvəl Gürcüstan dövlətinin başçısı parlament və hökuməti “qeyri-legitim” hesab etdiyi üçün istefa verməkdən imtina etdiyini bildirib. Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

“Mən onun (Zurabişvilinin) emosional vəziyyətini başa düşürəm, lakin təbii ki, dekabrın 29-da o, öz iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməli olacaq”, – Kobaxidze qeyd edib.

Baş nazir həmçinin izah edib ki, Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra çox dəyişəcək. Eyni zamanda, o əlavə edib ki, Amerikanın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqətidir.

Kobaxidzenin sözlərinə görə, yeni parlament seçkiləri olmayacaq.

Bundan əvvəl Gürcüstan Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, müxalifətin Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqləri hakimiyyəti zorla ələ keçirmək cəhdindən xəbər verir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN