Avropa İttifaqı (Aİ) Avropa ordusunun Rusiya ilə münaqişədə Ukrayna tərəfində iştirak edə biləcəyini istisna etmir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İtaliyanın ANSA agentliyinə istinadən qoşunların göndərilməsi ehtimalını belə qiymətləndirib.

“Hansı ölkələrin Ukraynaya ordusunu göndərməyə hazır olması ilə bağlı müzakirələr hələ də davam edir. Düşünürəm ki, biz heç nəyi istisna etməməli və strateji məsələlərdə qeyri-müəyyənliyə yol verməməliyik”, - Aİ diplomatiyasının rəhbəri bildirib.

Kallas əlavə edib ki, hətta atəşkəs bağlansa belə, sonrakı hadisələrdə Avropanın mühüm rolu var. Məsələn, Ukraynada atəşkəsin saxlanmasına zəmanət vermək üçün hərbi qulluqçular peyda ola bilər. Lakin istənilən halda seçim Kiyevdə qalır, - o qeyd edib.

Dekabrın 1-də Kallas və Avropa Şurasının sədri Antonio Kosta işlərinin ilk günündə Kiyevə gəliblər. Onlar bunu “Ukrayna xalqının sarsılmaz dəstəyini” nümayiş etdirmək istədikləri ilə izah ediblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN